Bank Of Baku

“Bank Respublika” kapitalını 10 mln. manatadək artırır

“Bank Respublika” kapitalını 10 mln. manatadək artırır
# 20 dekabr 2017 07:00 (UTC +04:00)

“Moody’s” agentliyi “Bank Respublika”nın kontragent riskləri üzrə reytinqini B3 səviyyəsində təsdiqləyib.


“Bank Respublika”dan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə ehtiyatların yaradılması istiqamətində bankın aktiv siyasəti kapitalın azalması səbəbinə əsaslanaraq, agentlik digər reytinqlərə də dəyişiklik edib. Bankın kredit qiymətləndirmə reytinqi “B3”dən “Caa1” səviyyəsinə endirilib.

Bankdan verilən məlumata əsasən, bankın davamlı inkişafını təmin etmək məqsədilə səhmdarlar nizamnamə kapitalının 10 mln. manat məbləğində növbəti artım haqqında razılığa gəliblər. Bu artım bankın gəlirliyinin artması ilə yanaşı, reytinqin artımı istiqamətində yenidən baxılması üçün əsas yaradır. Bankdan onu da qeyd ediblər ki, agentliyin analitikləri maliyyə təşkilatlarının əsas dayanıqlıq parametrlərindən biri olan likvidlik parametrinin güclü olmasını vurğulayıb.

 

Xatırladaq ki, “Bank Respublika” 2016-cı ilin sentyabr ayında kapitalını 20 mln. manat məbləğində artırıb və hal-hazırda bankın nizamnamə kapitalı 57,5 mln. təşkil edir.

 

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

 

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR