Bank Of Baku

“Bank Silk Way” I rübdə aktivlərini artırıb

“Bank Silk Way” I rübdə aktivlərini artırıb
# 24 aprel 2015 12:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə “Bank Silk Way” ASC-də aktivlərin həcmi 276,438 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,28% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,20% artaraq 224,557 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 97,07% artaraq 91,113 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 75,483 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,1 dəfə artım deməkdir.

 

Bir il ərzində bankın məcmu kapitalı 6,61% artaraq 110,519 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,1% artaraq 99,168 mln. manat təşkil edib.

 

“Bank Silk Way” hesabat dövrünü 92 min 905,94 manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR