Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Bank Standard”ın aktivlərinin həcmi 1 mlrd. 136,282 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,27% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin oktyabr ayı ilə müqayisədə hesabat dövrünə bankın kredit portfeli 12,14% artaraq 820,816 mln. manat olub.
Hesabat dövründə istehlak kreditlərinin həcmi 111,507 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 0,16% çoxdur.
Bu ilin III rübündə bankın ipoteka kreditlərinin həcmi 50,335 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12,64% çoxdur və kreditlərin 40,361 mln. manatı (80,18%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
2013-cü ilin analoji dövrü ilə müqayisədə bankın depozit portfeli 29,89% artaraq 772,946 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 606,983 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,95% çoxdur.
Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.
Bu ilin 9 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 13,13% artaraq 71,875 mln. manat, xərcləri isə 6,19% artaraq 74,735 mln. manata çatıb.
Hazırda bankın ölkə üzrə 13 filialı, 148 bankomatı, 1590 POS-terminalı fəaliyyət göstərir.