“Bank Standard” elektron arayış əsasında kreditlər təklif edir

“Bank Standard” elektron arayış əsasında kreditlər təklif edir
# 03 iyun 2015 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Standard” ASC-nin “Elektron hökumət” dövlət portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı sayəsində müştərilər iş yerindən arayışı onlayn alaraq, vaxt itirmədən krediti operativ şəkildə götürə biləcəklər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, məhz bu əməkdaşlıq hesabına müştərilər kredit rəsmiləşdirilməsi zamanı elektron arayışdan istifadə edə biləcəklər. “Elektron hökumət” portalının xidmətindən istifadə edərək krediti rəsmiləşdirmək üçün “Bank Standard” filiallarından birinə yaxınlaşaraq yerindəcə yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçmək və vaxt itirmədən elektron arayış formalaşdırmaq və kredit almaq imkanından yararlanmaq mümkündür.

Elektron arayışların verilməsi “Bank Standard”ın Müştərilərə Xidmət Mərkəzi ( Baş ofis), "Arena", "Korporativ" ,"28 May", "Əhmədli", "İpoteka", "Səkkizinci", "Mərdəkan", "Elm", "Sahil", "Gəncə", "Lənkəran" filiallarında həyata keçirilir. Yaxın müddətdə isə "Nəsimi" və "Quba" filiallarının müştəriləri də bu xidmətdən yararlana biləcəklər.

Daha ətraflı məlumatı rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR