Bank Of Baku

“Bank Standard” pul köçürənlərə plastik kart hədiyyə edəcək

“Bank Standard” pul köçürənlərə plastik kart hədiyyə edəcək
# 11 mart 2013 09:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” QSC-nin filiallarında martın 11-15-də təcili pul köçürməsi həyata keçirən hər kəsə köçürmə məbləğindən asılı olmayaraq “VISA Classic” bank kartı və 10 manat hədiyyə verilir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank Standard”ın plastik kartına artıq sahib olan müştərilər üçün 10 manat onların mövcud kartlarına yüklənəcək.

 

Bankın kart sahibləri olmayanlara isə bu məbləğ yüklənmiş “VISA Classic” kartı pulsuz veriləcək. Qeyd edək ki, hər müştəri gün ərzində yalnız bir dəfə bu hədiyyəni ala bilər.

 

“Bank Standard” təcili pulköçürmə xidmətlərini “Western Union”, “Xpress Money”, “Private Money”, “Faster”, “Caspian Money Transfer”, “Contact”, “Migom”, “Zolotaya Korona”, “Blizko”, “Lider”, “Coinstar”, “Monex” və “İntel Express” sistemləri vasitəsilə göstərir.

 

“Bank Standard”ın təklif etdiyi təcili pulköçürmə sistemləri haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat Mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR