Bank Of Baku

“Bank Technique” qanvermə aksiyası keçirib - FOTO

“Bank Technique” qanvermə aksiyası keçirib - <span style="color: red;">FOTO
# 19 dekabr 2014 13:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Technique” korporativ sosial məsuliyyət layihələri çərçivəsində, növbəti qanvermə aksiyasını təşkil edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumatına görə, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız köməklik məqsədini daşıyan tədbirdə, könüllülük əsasında, bankın baş ofis və Bakı filiallarının çoxsaylı əməkdaşları iştirak ediblər.

 

Talassemiya - genetik nöqsan nəticəsində, hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Talassemiyadan əziyyət çəkən uşaqların vəziyyətini onlara qan köçürməklə yüngülləşdirmək olur.

 

Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyası İctimai Birliyi ilə birlikdə keçirilən aksiya 20 dekabr BMT-nin Beynəlxalq İnsan Həmrəyliyi gününə həsr edilib. Bu növ tədbirlərin təşkili xeyriyyə addımı olmaqla, aksiya iştirakçılarına da birgə dəyərlərə yiyələnməyə yardım edir.

 

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” ASC 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

 

Hazırda “Bank Technique”in 29 filial və 29 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR