Bank Of Baku

“Bank VTB” sponsor və xeyriyyə xərclərini azaldır

“Bank VTB” sponsor və xeyriyyə xərclərini azaldır
# 23 oktyabr 2014 09:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakıda “VTB” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

 

APA-Economics” bankın rəsmi saytına istinadən xəbər verir ki, bu iclas “Bank VTB”nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır. 

 

Şura üzvləri bankın icra orqanlarının mükafatlandırılması haqqında əsasnamə və İdarə Heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün effektivliyin əsas göstəriciləri siyahısı təsdiqləyib. Bu sənədlər Rusiyanın Dövlət Əmlakının İdarə olunması üzrə Federal Agentliyin tövsiyyələri, İqtisadi İnkişaf, eləcə də Maliyyə Nazirliklərinin tələbləri əsasında hazırlanıb.

 

Effektivliyin əsas göstəriciləri qrupun 2014-2016-cı illər üzrə strategiyasında əks olunmuş məqsədlərinə əsasən müəyyənləşdirilib.

 

Bankın rəhbərliyinin mükafatlandırılması baza və dəyişən hissədən təmin ediləcək. Mükafatın həcmi hər bir ayrıca biznes xəttinin və bütövlükdə qrupun nəticələrindən asılı olacaq.   

 

Bundan başqa, Müşahidə Şurası 2015-ci ildə sponsor və xeyriyyə fəaliyyəti ilə bağlı xərclərin 10% azaldılması ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq, daha mühüm idman və xeyriyyə layihələrinə dəstək davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR