Bank Of Baku

“Bank VTB (Azərbaycan)” “Sərfəli Yay” depozit aksiyasına başlayıb

“Bank VTB (Azərbaycan)” “Sərfəli Yay” depozit aksiyasına başlayıb
# 23 aprel 2015 09:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” “Sərfəli Yay” yeni depozit aksiyasına start verib.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aksiya müştərilərə sərfəli şərtlərlə manatla əmanət yerləşdirməyə imkan verir.

 

İyulun 20-dək davam edəcək “Sərfəli Yay” aksiyası “Sərfəli” depozit məhsulu proqramı çərçivəsində keçirilir.

 

Belə ki, “Sərfəli” depoziti üzrə 12 ay müddətinə manatla əmanət yerləşdirən müştərilər aksiya çərçivəsində əlavə bonus faizləri qazanacaq. Bonus faizləri ilə birgə “Sərfəli” əmanəti üzrə faiz dərəcəsi faizlər aylıq ödənildikdə illik 13,5% təşkil edəcək. Faizlər müddətin sonunda ödənildikdə əmanət üzrə faiz dərəcəsi 14% olacaq.

 

Əmanətlərini dollarla yerləşdirməyə üstünlük verən müştərilər də “Sərfəli” depozit məhsulundan istifadə edə bilər. “Sərfəli” depoziti müştərilərə dollarla olan əmanətlər üçün yüksək faiz dərəcələri təklif edir. Əmanət 12 aylıq yerləşdirildiyi halda ödəniş şərtindən asılı olmayaraq depozit üzrə faiz dərəcəsi illik 12% təşkil edir.

 

Həmçinin, depoziti fərqli faiz dərəcələri ilə 6 və 9 ay müddətinə açmaq olar. Əmanət üzrə minimal məbləğ 300 manat (dollar) olmalıdır.

 

“Biz hər zaman müştərilərə müxtəlif məhsullar üzrə ən sərfəli şərtlər təklif etməyə çalışırıq. Bizim yeni təklifimiz vəsaitin həm dollar, həm manatla artırılması üçün uğurlu yatırımdır. Hazırda bu təklif ölkənin bank sektorunda ən sərfəli təkliflərdən biridir. Ən əsası isə “Bank VTB (Azərbaycan)” öz müştərilərinin əmanətlərini həm qoruyan, həm artıra bilən etibarlı bankdır”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR