Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank VTB (Azərbaycan)” cari ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü il oktyabrın 1-nə olan aktivlərinin həcmi 263,329 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 58,26% çoxdur.
Hesabat dövründə kredit portfeli 245,686 mln. manat olub, ötən ilin oktyabr ayı ilə müqayisədə 64,92% artım müşahidə olunur.
Həmçinin, cari ilin müvafiq dövründə istehlak kreditlərinin həcmi 123,259 mln. manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 62,15% çoxdur.
Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 20,067 mln. manat təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Vaxtı keçmiş kreditlər kredit portfelinin cəmi 8,17%-ni təşkil edir.
Bankın depozit portfeli cari ilin III rübünə 14,755 mln. manat olub ki, bunun 6,007 mln. manatını əhalinin əmanətləri təşkil edib. Bankda depozit portfeli bir ildə 15,63% azalıb, əhalinin əmanətləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,96% artıb.
Bankın məcmu kapitalı 52,80% artaraq 47,972 mln. manat olub, habelə nizamnamə kapitalı 50,815 mln manat təşkil edir.
2014-cü ilin III rübü üzrə bankın gəlirləri 2,23 dəfə artaraq 31,566 mln. manat olub, xərclər isə, 2,20 dəfə artaraq 28,819 mln. manat olub.
Bankın cari ilin 9 ayında rübündə əldə etdiyi mənfəət 2,746 mln. manat olub.
“Bank VTB (Azərbaycan)”ın hal hazırda 9 filialı, 10 bankomatı, 387 POS-terminalı fəaliyyət göstərir.