Bank Of Baku

“Bank VTB (Azərbaycan)”ın “Əhmədli” filialının kredit portfeli 5 mln. manata yaxın olub

“Bank VTB (Azərbaycan)”ın “Əhmədli” filialının kredit portfeli 5 mln. manata yaxın olub
# 15 noyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bank VTB (Azərbaycan) ASC-nin “Əhmədli” filialının kredit portfelinin həcmi 5 mln. manata yaxın olub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda filialın fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur. Fəaliyyət göstərdiyi 10 ay ərzində “Əhmədli” filialı 1 200-dən çox müştəriyə kredit verib.

 

Filialın kredit portfelində istehlak kreditlərinin həcmi 4,9 mln. manatdan çox olub. İstehlak kreditlərinin strukturunda təminatsız kreditlər 4,6 mln. manat, təminatlı kreditlər isə 335 min manat təşkil edib.

 

“Filial kiçik və orta sahibkarlığın kreditləşməsinə böyük diqqət ayırır. Filialın əsas məqsədlərindən biri iqtisadiyyatın real sektorunun kreditləşməsi üzrə kredit portfelin artırılmasıdır. Sahibkarları əməkdaşlığa cəlb etmək məqsədilə filial sərfəli şərtlər əsasında geniş çeşiddə bank xidmətlərini təklif edir”, - deyə “Əhmədli” filialının direktoru Elşən Nizamov qeyd edib.

 

Bu günə kimi filial biznes-layihələrinin maliyyələşməsinə 120 min manat vəsait ayırıb.

 

“Bank VTB (Azərbaycan)”ın “Əhmədli” filialı paytaxt əhalisinin sıx məskunlaşdığı “Əhmədli” metro stansiyasının çıxışında yerləşir. Filial həm fiziki şəxslərə, həm də kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə müasir bank məhsulları, o cümlədən kreditlər və depozitlər, kommunal xidmətlərin ödənişi, təcili pul köçürmələri və plastik kartlar kimi xidmətlər təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR