Bank Of Baku

“Bank VTB (Azərbaycan)”ın III rübdə depozit portfeli artıb

“Bank VTB (Azərbaycan)”ın III rübdə depozit portfeli artıb
# 20 oktyabr 2017 12:44 (UTC +04:00)

2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, “Bank VTB (Azərbaycan)”ın depozit portfeli 4,3 mln. manat artaraq 183,4 mln. manat təşkil edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, depozit portfelinin 142,9 mln. manatı bank və digər maliyyə institutlarının payına düşüb.

 

Üçüncü rübün sonuna bankın kredit portfeli 304,5 mln. manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşür: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəlib.

 

Hesabat dövrü ərzində bankın aktivləri 395 mln. manatı keçib, bankın mənfəəti isə 2,4 mln. manat təşkil edib.

 

Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər bankda müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR