Bank Of Baku

“Bank VTB (Azərbaycan)”ın müştəriləri pul köçürmə sistemi ilə bank kartlarına vəsait yatıracaq

“Bank VTB (Azərbaycan)”ın müştəriləri pul köçürmə sistemi ilə bank kartlarına vəsait yatıracaq
# 31 mart 2016 11:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın müştəriləri pul köçürmələri sistemi vasitəsi ilə kartlarına vəsait əlavə edə bilər. bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Bank VTB (Azərbaycan)” müştərilərinə “Contact” pul köçürmələri sistemi vasitəsi ilə bank kartlarına vəsait artırmaq xidmətini təklif edir.

 

İndi müştərilər “Contact” sistemi ilə MasterCard, VISA, American Express və Diners Club International, eləcədə Elkart ödəniş sisteminin kartlarına vəsait əlavə etmək imkanı qazanır. Müştəri pul vəsaitini həm öz kartına, həm də üçüncü şəxsin kartına yatıra bilər, həmçinin kartla bağlı olan krediti ödəyə bilər. 

 

Bu əməliyyatları həyata keçirmək üçün kartın nömrəsini göstərmək kifayətdir, hesabın rekvizitləri, kart sahibinin adı, soyadı və atasının adı və hər hansı digər məlumat tələb olunmur. Karta vəsait dollar, avro və rublla yatırıla bilər. Xidmət üzrə komissiya artırılan məbləğin 1,5%+ 50 rubl (2 dollar və ya avro) təşkil edir. Bir köçürmənin maksimal məbləği 75 min rubldur (və ya xarici valyuta ekvivalenti). Pulun köçürülmə müddəti kartın emitenti olan bankdan asılı olaraq 2 saniyədən 10 günədək vaxt apara bilər.  

 

““Contact” pul köçürmələri sistemi vasitəsi ilə kartlarındakı vəsaiti artırmaq imkanı müştərilər üçün maksimal komfort yaradacaq. Bu xidmətdən istifadə etmək üçün yalnız kartın nömrəsi tələb olunur. Özü də üçüncü şəxsin kartına vəsait yatırılarkən, onu almaq üçün kart sahibi heç bir yerə müraciət etməli deyil. Qısa müddət ərzində pullar onun kartına yatırılacaq. Bu, həm rahat, həm sürətlidir” – deyə, “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR