“Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, iclas 2018-ci il fevralın 7-də baş tutacaq.
İclasın gündəliyinə səhmdarların növbədənkənar ümumi yığıncağının katibinin seçilməsi və Müşahidə Şurasının tərkibi kimi məsələlər daxil edilib.