“Başak-İnam” sığorta şirkəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, yığıncaq dekabrın 22-də baş tutacaq.
Şirkətin baş ofisində keçiriləcək ümumi yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ilin 9 aylıq fəaliyyətinin yekunları, nizamnamə kapitalının artırılması, Cəmiyyətin adının dəyişdirilməsi haqqında məsələlər daxil edilib.