Bank Of Baku

“Başak İnam” sığorta şirkəti ötən ili zərərlə başa vurub

“Başak İnam” sığorta şirkəti ötən ili zərərlə başa vurub
# 03 aprel 2015 08:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Başak İnam” sığorta şirkəti ASC-nin aktivləri 9 mln. 935 min 721,54 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,25% çoxdur.

 

APA-Economics” şirkətin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 16,93% artaraq 7 mln. 604 min 831,23 manat olub.

 

Ötən il şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 16,7% artım deməkdir.

 

Sığortaçının öhdəlikləri 2 mln. 330 min 890,31 manat olub. Bu isə 2013-cü illə müqayisədə 4% azdır.

 

Ötən il şirkətin cəmi gəlirləri 3 mln. 628 min 383,91 manat, cəmi xərcləri isə 3 mln. 840 min 652,03 manat təşkil edib. Hesabat dövrünü şirkət 212 min 268,12 manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR