Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank of Baku” Qurban bayramı ərəfəsində “Bolkart” sahibləri üçün yeni aksiyaya start verir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində hər bir “Bolkart” sahibinə Qurban bayramı üçün öz güzəştli alış-veriş kampaniyasını seçmək imkanı verilir. Belə ki, müştərilər bayram alış-veriş planlarına uyğun kampaniyanı özləri seçəcək.
Müştərilərə seçim üçün 2 güzəştli kampaniya (A və B) təklif edilir:
A kampaniyası: + 3 ay hədiyyə
Bu kampaniyanı seçənlərə bu ilin oktyabrın 14-16-da “3, 6 və 12 aya ödə” partnyorlarında (geyim, parfümeriya, elektronika və s.) əlavə olaraq 3 aylıq müddət hədiyyə edilir. Beləliklə, müştəri 3 aylıq ödənişli mağazada ödəməni 6 aya, 6 aylıq ödənişli mağazada 9 aya və 12 aylıq ödənişli mağazada isə 15 aya edəcək.
B kampaniyası: 3 ay sonra ödə
Bu kampaniyanı seçənlər, bu ilin oktyabrın 14-16-da yalnız “Bolkart” şəbəkəsinə aid olan “1 aya ödə” partnyorlarında (restoran, supermarketlər və s.) ödəmə müddəti 2014-cü ilin yanvarın 10-na qədər uzadılır. Bu halda müştəri ödəməni 1 ay deyil, 3 ay sonra, yəni gələn ilin yanvar ayının 10-na kimi edə bilər.
“Bolkart” sahibləri öz kampaniya seçimlərini oktyabrın 11-16-da da bilər. Kampaniya seçimi edib qeydiyyata düşməyən “Bolkart” müştəriləri üçün heç bir kampaniya aktivləşdirilməyəcək. Kart sahibi “Bolkart”ın üzərində olan son 8 (səkkiz) rəqəmi və yuxarıda əks olunan A və ya B variantlarından birini 8145 nömrəsinə SMS göndərərək öz Qurban bayramı alış-veriş kampaniyasını seçir.
SMS nümunəsi: 32517007 A
Bu halda üzərində son 8 (səkkiz) rəqəmi 32517007 olan “Bolkart”ın sahibi “Kampaniya A”-dan yararlanma fürsətini seçmiş olacaq. Müvafiq olaraq 32517007 B – “Kampaniya B” üzrə seçim kimi qəbul ediləcək.