Bakı - APA-Economics. Avqustun 8-dən etibarən “Bolkart” sahibləri “iPhone 5” smartfonunu ilkin ödənişsiz və öz qiymətinə əldə edib, haqqını 6 aya ödəyə bilərlər.
“Bank of Baku”dan “APA-Economics”ə verilən məlumata görə, “Bolkart” ilə “iPhone 5” smartfonunu “WorldTelecom” mağazalarından əldə etmək mümkündür. Əlverişli kampaniya sentyabrın 10-dək davam edəcək.
“iPhone 5”-in sərfəli kreditlə satışı “Bank of Baku” ilə “WorldTelecom” və “Caspian Mobile” şirkətləri arasındakı məhsuldar əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bu gün artıq 130 minə yaxın Azərbaycan vətəndaşı “Bolkart”dan istifadə edir. Kredit kartı ilə 1 000-dən çox mağazada alış-veriş etmək, nağd pul çıxarmaq və digər üstünlüklərdən faydalanmaq olar.