Bakı. Musa Əhmədov – APA-Economics. “Caspian Development Bank” Belçikan bankı ilə müxbir münasibətlər yaradıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 12 Avqust 2015-ci ildən etibarən “Caspian Development Bank (CDB)” ASC Belçikanın KBC BANK NV bankı ilə müxbir münasibətləri yaradıb. Açılmış müxbir hesab bankın müştərilərinə xarici valyutalar üzrə xidmətləri daha operativ şəkildə həyata keçirməyə imkan verəcək.
Bankdan bildirilib ki, qarşıda duran prioritet məsələlərdən biri də müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır.