Bank Of Baku

“Caspian Development Bank” ötən ili 8,4 mln. manatlıq mənfəətlə başa vurub

“Caspian Development Bank” ötən ili 8,4 mln. manatlıq mənfəətlə başa vurub
# 03 fevral 2016 15:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Caspian Development Bank” (CDB Bank) 2015-ci ilin IV rübünün göstəricilərini açıqlayıb.

 

APA-Economics”in verdiyi xəbərə görə, 2016-cı il yanvarın 1-nə bankın aktivlərinin həcmi 129,061 mln. manat təşkil edib ki, bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 34,21% çoxdur.

 

Bankın kredit portfeli hesabat dövrü ərzində 18,1% artaraq 81,972 mln. manat, depozit portfeli isə 68,34% artaraq 41,756 mln. manat olub.

 

Əhalinin əmanətlərinin həcmi cari ilin yanvarın 1-nə 39,265 mln. manat təşkil edib.

 

Ötən il ərzində bankın məcmu kapitalı 59,041 mln. manat, nizamnamə kapitalı isə 49 924,80 min manat təşkil edib.

 

Ötən il bankın gəlirləri 41 mln. 799,59 min manat, xərcləri isə 3 mln. 51,477 min manat olub.

 

Qeyd edək ki, “Caspian Development Bank” ötən ilin IV rübünü 8 mln. 426,26 min manatlıq mənfəətlə başa vurub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR