Bakı. Musa Əhmədov - APA-Economics. “Caspian Development Bank” (“CDB Bank”) 2016-cı ilin I rübünün göstəricilərini açıqlayıb.
“APA-Economics”in verdiyi xəbərə görə, 2016-cı il aprelin 1-nə bankın aktivlərinin həcmi 120 mln. manat təşkil edib ki, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə 7,02% azdır.
Bankın kredit portfeli hesabat dövrü ərzində 4,11% artaraq 85,338 mln. manat, depozit portfeli isə 23,23% azalaraq 32,058 mln. manat olub.
Əhalinin əmanətlərinin həcmi cari ilin aprelin 1-nə 21,930 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 44,15% azdır.
Ötən ilin IV rübü ilə müqayisədə bu ilin I rübündə bankın cəmi öhdəlikləri 20,79% azalaraq 55,465 mln. manat olub.
Hesabat dövründə bankın məcmu kapitalı 9,31% artaraq 64,536 mln. manat təşkil edib, nizamnamə kapitalı isə dəyişməyərək 49 924,80 min manat olub.
Bankın gəlirləri 1 mln. 990,77 min manat, xərcləri isə 1 mln. 612,03 min manat olub.
Qeyd edək ki, “CDB Bank” bu ilin I rübünü 5 mln. 502,06 min manatlıq mənfəətlə başa vurub.