Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” dollar əmanətləri üzrə yeni kampaniyaya start verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində “DəmirBank”ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7%-lə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olaraq plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7% gəlir gətirir.
Kampaniya Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Belə ki, müştəri yerləşdirdiyi əmanətin sığortalanmasını istəyərsə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş 3% dərəcəsi ilə yerləşdirildikdə belə plastik kartda əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.
Qeyd olunmuş kampaniya 10 may 2016-cı il tarixinədək davam edir.
“DəmirBank” həmçinin manat əmanətlərindən qısa müddətdə yüksək - illik 16%-dək gəlir əldə etməyi də təklif edir.
Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149