Bank Of Baku

“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
# 25 dekabr 2017 11:50 (UTC +04:00)

"Dəmirbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onalara verilmiş şəhadətnamə ləğv edilib.

 

Bu barədə “APA-Economics”ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

 

“Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli, 49 saylı qərarı ilə “Dəmirbank” ASC -nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib“, - deyə məlumatda vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR