Bank Of Baku

“DəmirBank” Lənkəran şəhərində aksiya keçirib - FOTO

“DəmirBank” Lənkəran şəhərində aksiya keçirib - <span style="color: red;">FOTO
# 12 mart 2013 15:13 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. “DəmirBank”ın Lənkəran filialının yeni ofisdə fəaliyyətə başlaması ilə bağlı “Açıq qapı” tədbiri keçirilib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, bankın məsul işçilərinin və fəal müştərilərinin, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatı və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “DəmirBank”ın fəaliyyəti, kreditlər və digər bank xidmətləri barədə əhaliyə və sahibkarlara geniş məlumat verilib.

 

Bankın Lənkəran ŞİH ilə birgə bu gün Heydər Əliyev Mərkəzində keçirdiyi digər maarifləndirici tədbir isə “Nağdsız ödənişlər və plastik kartlardan istifadə” mövzusuna həsr olunub. Tədbirdə ölkə iqtisadiyyatında nağdsız hesablaşmaların daha da artırılması istiqamətində işlər, plastik kartlardan və POS-terminallardan istifadə qaydaları barədə dinləyicilərə ətraflı məlumat verilib. Bildirilib ki, “DəmirBank”ın Lənkəran filialı əhaliyə və sahibkarlara müxtəlif kreditlər və digər bank xidmətləri göstərir. Hacı Nasir küçəsi, 45 ünvanında yerləşən Lənkəran filialı müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə malikdir.

 

Qeyd edək ki, “DəmirBank” fəaliyyət göstərdiyi 24 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 31 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR