Bank Of Baku

“DəmirBank” Qafqaz Universiteti ilə çoxtərəfli əməkdaşlığa başlayıb

“DəmirBank” Qafqaz Universiteti ilə çoxtərəfli əməkdaşlığa başlayıb
# 14 iyun 2016 13:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” gənclərimizin gələcəkdə uğurlu karyera qurması, peşəkar sferada inkişafyönümlü fəaliyyətinə uyğun olaraq təhsil və təcrübə almalarına daim dəstək göstərir. Bu sahədə “DəmirBank”ın həyata keçirdiyi növbəti uğurlu addım Qafqaz Universiteti ilə imzalanmış əməkdaşlıq sazişi olub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ali təhsil müəssisəsi ilə “DəmirBank” arasında ikitərəfli münasibətləri genişləndirmək məqsədilə  görüş keçirilib. Görüş zamanı universitetin tələbə və məzunlarının Bankda təcrübə keçmə və iş imkanları, bank ilə universitet arasında əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub

 

Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç korporativ sektorla münasibətlərin gücləndirilməsinin məzunların əmək bazarında layiqli mövqe tutmasına təkan verəcəyini bildirib.

 

Daha sonra görüş “DəmirBank”ın İdarə Heyətinin sədri Fərid Abuşovun çıxışı ilə davam edib. Çıxış zamanı F. Abuşov iki tərəf arasında imzalanmış razılaşmanı gənclərimiz üçün təhsil-təcrübə körpüsünün yaradılması üçün ciddi bir addım kimi dəyərləndirib, bankın korporativ sosial məsuliyyətindən irəli gələn bu əməkdaşlığın gənclərimizin inkişafına, onların bank sektorunda uğurlu karyera qurmalarına başlanğıc verəcəyinə əminliyini bildirib.

 

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramlarının təsis edilməsi, “DəmirBank günləri”nin təşkil olunması və gənclərimizin karyera qurmalarına dəstək layihələrinin həyata keçirilməsi kimi müxtəlif tədbirlər nəzərdə tutulub.

 

Saziş imzalandıqdan sonra Qafqaz Universitetinin rektoru A. Sanıç “DəmirBank” ASC-nin İdarə Heyətinin sədri F. Abuşov və onun başçılıq etdiyi nümayəndə heyətini universitetdəki yeniliklər, tələbələrin yüksək səviyyədə təhsil almaları üçün son texnologiya ilə təmin edilmiş otaqlar və avadanlıqlarla tanış edib.

 

Razılaşma nəticəsində Qafqaz Universitetinin fəal tələbələri “DəmirBank”da aidiyyatı sahələr üzrə təcrübə keçməklə müvəffəqiyyətli karyera üçün lazım olacaq fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Bu əməkdaşlıq seçilmiş tələbələrə öyrəndiklərini iş yerində tətbiq etmək imkanı verərək onlara gələcək karyera yollarında düzgün istiqamət götürmək və böyük nailiyyətlər qazanmaq üçün özül yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR