Bank Of Baku

“DəmirBank” Yeni il aksiyası keçirir - FOTO

“DəmirBank” Yeni il aksiyası keçirir - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 10:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “Komissiyasız Yeni İl” aksiyası başlayıb.

 

“DəmirBank”dan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilməyəcək.  Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

 

“Komissiyasız Yeni İl” aksiyası yanvarın 31-dək davam edəcək.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bunların arasında mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.

 

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR