Bank Of Baku

“DəmirBank”ın “Göy” əmanət növü üzrə “Əmanətlərinizi 17%-dək artırın” aksiyasının bitməsinə 2 gün qalıb - FOTO

“DəmirBank”ın “Göy” əmanət növü üzrə “Əmanətlərinizi 17%-dək artırın” aksiyasının bitməsinə 2 gün qalıb - <span style="color: red;">FOTO
# 14 aprel 2015 07:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “Göy” əmanət növü üzrə “Əmanətlərinizi 17%-dək artırın” aksiyasının bitməsinə 2 gün qalıb.

 

“DemirBank”dan “APA-Economics”ə verilən məlumata görə, bankın aprelin 15-dək keçirdiyi bu aksiyadan yararlanaraq əmanətləri 17%-dək artırmaq mümkündür.

 

Bununla yanaşı, “Göy” əmanət növü əmanətçilərə hesablanmış faizlərin hər ay əldə edə bilmə imkanı da verir.

 

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinədək açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

 

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Bankla əlaqə saxlamaq üçün:

 

Məlumat Mərkəzi:  (012) 149

 

http://www.demirbank.az/?/az/

 

https://www.facebook.com/demirbank.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR