Bank Of Baku

“Expressbank” “Qış kampaniyası” adlı kredit aksiyası keçirir - FOTO

“Expressbank” “Qış kampaniyası” adlı kredit aksiyası keçirir - <span style="color: red;">FOTO
# 17 dekabr 2014 07:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə istehlak kreditləri üzrə “Qış kampaniyası” adlı kredit aksiyasını təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya dekabrın 31-dək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlayacaqlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır.

 

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 120-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR