Bank Of Baku

“Expressbank” “Qış Möcüzəsi” adlı aksiya keçirir

“Expressbank” “Qış Möcüzəsi” adlı aksiya keçirir
# 22 dekabr 2014 07:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” bank kartlar üzrə “Visa” ilə birgə “Qış Möcüzəsi” aksiyasını təqdim edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya martın 20-dək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər.

 

Qeyd edək ki, müştərilər “Visa Electron” kartını 6 manat, “Visa Classic” kartını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə “Visa Gold”, 800 manat ilkin mədaxillə isə “Visa Platinum” kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

 

“Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 140-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR