Bank Of Baku

“Expressbank” fotomüsabiqə keçirir - FOTO

“Expressbank” fotomüsabiqə keçirir - <span style="color: red;">FOTO
# 15 dekabr 2014 12:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir.

 

Müsabiqənin şərtlərinə görə, 13 yanvar 2015-ci il tarixinədək iştirakçılar 28 Mall ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirib və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməlidirlər.

 

Müsabiqə zamanı çəkilən ən kreativ və maraqlı 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdiriləcək və “like”lar vasitəsilə səsvermə keçiriləcək. 26 yanvar 2015-ci ildə yekunlaşacaq müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 manat, Visa Gold + 300 AZN və Visa Classic + 100 manat təqdim olunacaq. Digər 7 iştirakçıya isə “Expressbank” adından korporativ hədiyyələr veriləcək.

 

Qeyd edək ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 120-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə - www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR