“Expressbank”ın “MasterCard”ı ilə pulsuz konsyerj xidməti əldə etmək mümkündür

“Expressbank”ın “MasterCard”ı ilə pulsuz konsyerj xidməti əldə etmək mümkündür
# 21 avqust 2015 13:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Expressbank” “MasterCard Gold” və “MasterCard Platinum” kartlarını əldə edən müştərilərə 1 illik pulsuz “MasterCard Concierge” xidməti təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə müştərilər günün 24 saatı ərzində 6922 qısa nömrəsinə zəng etməklə, şəxsi assistentdən istənilən tapşırığı yerinə yetirməyi istəyə bilərlər. Xidmətlər barədə ətraflı www.firstline.az saytından məlumat almaq mümkündür.

“MasterCard Gold” və “MasterCard Platinum” kartlarını müvafiq olaraq 400 manat və 800 manat ilkin mədaxil edərək pulsuz əldə etmək mümkündür. Hər 2 premium kart üçün SMS məlumatlandırma xidməti pulsuzdur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən “Expressbank” bankomatlarında komissiyasız istifadə edə bilər.

Qeyd edək ki, “Expressbank” geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 270-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR