Bank Of Baku

“Expressbank”ın uşaqlar üçün təşkil etdiyi fotomüsabiqə davam edir

“Expressbank”ın uşaqlar üçün təşkil etdiyi fotomüsabiqə davam edir
# 25 may 2015 07:49 (UTC +04:00)

Bakı. Yegaqnə Laçınzadə - APA-Economics. “Expressbank” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnstagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqənin şərtlərinə görə, mayın 29-dək iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkməli və #smilecard2015 haştegi ilə şəxsi İnstagram səhifələrinə yerləşdirməlidirlər.

 

Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdiriləcək və “like”lar vasitəsilə səsvermə keçiriləcək. İyunun 5-də yekunlaşan müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 300 manat, Visa Gold + 200 manat və Visa Classic + 100 manat təqdim olunacaq.

 

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR