Bank Of Baku

“ExpressPay” ödəniş terminallarına “Ultel” üzrə ödəmələr əlavə olunub - FOTO

“ExpressPay” ödəniş terminallarına “Ultel” üzrə ödəmələr əlavə olunub - <span style="color: red;">FOTO
# 13 may 2015 07:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “Ultel” üzrə ödəmələr əlavə olunub.

 

“Expressbank”dan “APA-Economics”ə verilən xəbərə görə, artıq müştərilər stasionar rabitə, internet provayder və IP TV üzrə ödənişlərini “ExpressPay” terminalları vasitəsilə həyata keçirə bilərlər.

 

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, internet provayderlər və s. nəzərdə tutulur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR