Bakı. Yeganə Laçınzadə - APA-Economics. “FINCA Azerbaijan” pul yığımı və qənaətcillik mədəniyyətini aşılamaq, bu istiqamətdə maarifləndirmə işinə dəstək olmaq üçün “Qənaət fikirləri” adlı aksiya keçirib.
“FINCA Azerbaijan”dan “APA-Economics”ə verilən xəbərə görə, təşkilatın Facebook səhifəsi vasitəsi ilə həyata keçirilmiş aksiyada bir ay boyunca insanların aylıq xərclərinə qənaət etməsinin mümkün olduğunu nümayiş etdirən 30 yol haqqında müxtəlif praktik məlumatlar verilib.
Bu aksiyanın sosial şəbəkə vasitəsi ilə həyata keçirilməsinin əsas məqsədi insanlar arasında qənaətcillik mədəniyyətini aşılamaq və bunun real olmasını nümayiş etdirən praktik 30 ən sadə yolunu göstərmək idi. Aksiya zamanı, müxtəlif poster dizaynlarından istifadə olunmuş və hər ayın sonu aylıq xərclərə 150 manat qənaət edilməsinə nail olunması üçün müxtəlif praktik addımlar təklif olunub.
Qənaət fikirlərini daha yadda qalan və hazırkı iqtisadi şəraitdə daha mühüm olmasını nümayiş etdirmək üçün video da hazırlanıb. Videoda “FINCA Azerbaijan” müştərilərindən ay ərzində 150 manat qənaət edilməsinin mümkünlüyünə dair sorğu keçirilib və bu qənaətlə hansı ehtiyaclarını qarşılamaq arzusunda olduqları sorulub.
Aksiya barədə daha ətraflı məlumatla “FINCA Azerbaijan”ın Facebook səhifəsində tanış ola və videonu isə bu linkdə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=Y7oexFA4ZR0&feature=youtu.be