“Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın emintentin uzunmüddətli defolt reytinqini “B+” səviyyəsində təsdiq edib.
“APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “stabil” saxlanılıb.
Bildirilir ki, reytinqin bu səviyyədə təsdiq edilməsinə səbəb sonuncu reytinq qiymətləndirməsindən bu günə qədər bankın göstəricilərində dəyişikliklərin az olması ilə əlaqədardır. “B+” səviyyəsi bankın mövcud gücü və sistem əhəmiyyətli olması ilə bağlıdır. “Reytinq üzrə proqnozun stabil saxlanmasına gəlincə, hesab edirik ki, aktivlərinin keyfiyyətinin müəyyən qədər pisləşməsi ehtimallarının mümkünlüyünə baxmayaraq, bu vəziyyət bankın möhkəm kapital buferi və əldə olunan mənfəət sayəsində yumşaldıla bilər”, - deyə məlumatda qeyd olunub.