Bank Of Baku

“Gömrük və gənc nəsil” mövzusunda növbəti görüş keçirilib

“Gömrük və gənc nəsil” mövzusunda növbəti görüş keçirilib
# 13 dekabr 2016 14:07 (UTC +04:00)

Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Gömrük və gənc nəsil” mövzusunda növbəti görüş keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu gün baş tutan tədbir qurumun “Azərterminalkompleks” Birliyində təşkil olunub. Görüşə Bakı şəhərinin Sabunçu rayonundakı C.Cabbarlı adına 187 saylı tam orta məktəbinin şagirdləri qatılıb.

 

Tədbirdə DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov və həmin idarənin əməkdaşı Əfqan Əliyev iştirak edib.

 

Gömrük əməkdaşları müasir Azərbaycanın müstəqillik tarixindən, dövlət müstəqilliyinin dönməz xarakter almasında ümummilli lider Heydər Əliyevin mühüm rolundan söhbət açıblar. Eyni zamanda, vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların bir səbəbi ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə bu strategiyanın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.

 

Şagirdlərin diqqətinə o da çatdırılıb ki, hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır. O cümlədən, dövlət müstəqilliyinin əsas atributlarından biri olan gömrük xidməti Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

 

Sonra məktəblilər “Azərterminalkompleks” Birliyinin inzibati binasında fəaliyyət göstərən “Heydər Əliyev muzeyi” və Gömrük Tarixi Muzeyi ilə tanış olublar.

 

“Heydər Əliyev muzeyi”ndə məktəblilərə muzeyin məqsəd və vəzifələri haqqında məlumat verilib. Bildirilib ki, muzeyin məramı görkəmli siyasi xadim Heydər Əliyevin irsini təbliğ etmək, ulu öndərin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş fəaliyyəti barədə təsəvvür yaratmaqdır.

 

Gömrük Tarixi Muzeyində isə məktəblilər gömrük əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılan və məhkəmə orqanları tərəfindən müsadirə edilən elmi, tarixi və bədii əhəmiyyət kəsb edən mədəni sərvətlərlə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR