Bank Of Baku

“Günay Bank” nizamnamə kapitalını artırıb

“Günay Bank” nizamnamə kapitalını artırıb
# 27 oktyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 43,802 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,71% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,03% artaraq 45,444 mln. manat olub.

 

Bu ilin 9 ayında bankın istehlak kreditlərinin həcmi 773 min manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 49% azdır.

 

Cari ilin yanvar-sentyabr aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 0,18% artaraq 2,048 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 30,47% çoxalaraq 11,523 mln. manata çatıb. Bu ilin III rübündə əhalinin əmanətlərinin həcmi 6,390 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 21,41% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 72,14% artaraq 20,146 mln. manata çatıb, nizamnamə kapitalı isə 61,99% artaraq 21,098 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 4,83 dəfə artaraq 889 min manat olub, xərcləri isə təxminən 24,86% azalaraq 374 min manat təşkil edib.

 

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 780 min manat olub.

 

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR