Bakı. APA-Economics. ”Kapital Bank”ın Facebook sosial şəbəkəsindəki fanlarının sayı 100 minə çatıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, ”Kapital Bank”ın Facebook səhifəsi çox qısa müddətdə 100 000 nəfər tərəfindən bəyənilib.
“2014-cü ilin əvvəlindən etibarən sizin üçün keçirdiyimiz aksiyalar, hazırladığımız yeni məhsullar və müxtəlif müsabiqələrlə qarşınıza çıxdıq. “Mosfilm həftəsi”, “140 Arzu”, “Breyn-Rinq” yarışları, müəllim, həkim və hərbçilər üçün müxtəlif aksiyalar, əmanətçilərimizin mükafatlandırılması yeni komandamızın sizlərə təqdim etdiyi ilk sürprizlər idi. Amma bu, hələ başlanğıcdır”, - deyə bankın məlumatında deyilir.
“Socialbakers” şirkətinin təqdim etdiyi statistikaya əsasən, bu, Azərbaycan bankları arasında ən sürətli artım tempidir.
Eyni zamanda bank Facebook vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması üzrə də son ayların lideri olub.
“Socialbakers” şirkətinin hazırladığı hesabatlarda 1 dəfə 1-ci, 1 dəfə 3-cü olmaqla dəfələrlə bankın adı hallanıb.
Beləliklə, “Kapital Bank” Facebook səhifəsinin 100 000-ci fanı bankdan dəyərli hədiyyə əldə edəcək.