“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınır. "APA-Economics" bankın İdarə Heyətinin yaydığı məlumata istinadən xəbər verir ki, yığıncağın dekabrın 20-də keçirilməsi nəzərdə tutulurdu.
"Növbəti iclasın keçirilməsi vaxtı barədə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.