Bank Of Baku

“Kredobank” bu ilin I yarısını mənfəətlə başa vurub

“Kredobank”  bu ilin I yarısını mənfəətlə başa vurub
# 06 avqust 2015 10:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-cü ilin II rübündə “Kredobank” ASC-nin aktivlərinin həcmi 179,504 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,58% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,27% artaraq 108,276 mln. manat olub.

 

Bu il iyul ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 39,145 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 24,37% azdır.

 

Bu ilin I yarısında bankın ipoteka kreditlərinin həcmi 4,432 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1,06% azdır və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 24,79% artaraq 29,214 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 21,95% azalaraq 24,225 mln. manat təşkil edib. İyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 11,892 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,61% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 3,16 % artaraq 56,447 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50,540 mln. manat təşkil edib.

 

Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 35,51%  azalaraq 6,970 mln. manat, xərcləri isə 41,95% azalaraq 5,973 mln. manata düşüb.

 

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 797,63 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 35 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR