Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin I rübündə “MasterCard” ödəniş sisteminin gəliri proqnozdan artıq olub.
“APA-Economics” xəbər verir ki, buna səbəb dünyanın ikinci ən böyük ödəniş sisteminin müştərilərinin xərclərinin artmasıdır.
Buna baxmayaraq, şirkətin mənfəəti 6% azalıb. Buna isə əməliyyat xərclərinin kəskin artması səbəb olub. Hesabat dövründə şirkətin xalis mənfəəti 959 mln. ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 1,02 mlrd. dollar olub.