Bank Of Baku

“Muğanbank” xaricdən 5 mln. dollarlıq kredit cəlb edib

“Muğanbank” xaricdən 5 mln. dollarlıq kredit cəlb edib
# 30 oktyabr 2014 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. The Green for Growth Fund, Southeast Europe (GGF)  Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədi ilə “Muğanbank” ASC-yə 5 mln. ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsində aktiv fəaliyyəti və genişlənməkdə olan regional şəbəkəsi vasitəsilə “Muğanbank” ölkənin enerjiyə qənaət üzrə kreditlər təklif edən ilk banklarından biri olacaq. GGF krediti “Muğanbank”a mikro, kiçik və orta müəssisələr, habelə riteyl müştərilər üçün dayanıqlı enerji maliyyələşməsini təmin etməklə kredit fəaliyyətini genişləndirməkdə kömək edəcək.

 

Maliyyələşdiriləcək enerejiyə qənaət üzrə səciyyəvi tədbirlərə bina örtüklərinin, istilik sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli avadanlıqların quraşdırılması daxildir. Kənd təsərrüfatı rayonlarına xüsusi diqqət ayrılacaq. Belə ki, “Muğanbank” kənd təsərrüfatı sektorunda istixanaların yeniləşdirilməsi və avadanlıqların yeniləri ilə əvəz olunmasına investisiyalar üçün böyük potensial görür.

 

GGF-in hesablamalarına əsasən, sözügedən yeni kredit vəsaiti hesabına veriləcək subkreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində il ərzində əsas enerjiyə 8,700 MVt/saat qənaət olunacağı, karbon qazı tullantılarının miqdarının isə 4,200 ton azaldılacağı  gözlənilir.

 

“Muğanbank Azərbaycanda enerjiyə qənaət sahəsində böyük potensial görür və ölkədə enerji səmərəliliyinin artırılmasını, həmçinin, karbon qazı tullantılarının azaldılmasını stimullaşdırmaqda etibarlı tərəfdaşdır. GGF-in investisiyasından əlavə, onun Texniki Yardım Xidməti Muğanbanka enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcək”, - deyə fondun sədri Kristofer Nouls bildirib.

 

“GGF-dən hazırkı ilk enerjiyə qənaət kreditini cəlb etmək “Muğanbank” üçün sevindirici hadisədir. İnanırıq ki, bu kredit vəsaiti Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaqda gələcək əməkdaşlığımızın möhkəm əsasını qoyacaq.  GGF krediti bizə mikro, kiçik və orta müəssisələrə, habelə riteyl müştərilərimizə onların enerjiyə qənaət üzrə tədbirlərə investisiyalarını dəstəkləmək üçün müvafiq kreditlər təklif etmək imkanı verəcək.  Biz, həmçinin, bu sahədə kredit əməliyyatlarımızı inkişaf etdirmək istiqamətində potensialımızın gücləndirilməsi üçün GGF-in texniki dəstəyinə arxalana biləcəyik. Bu isə o deməkdir ki, GGF bizim üçün həqiqətən ideal tərəfdaşdır”, - deyə “Muğanbank”ın İdarə Heyətinin sədri Elmir Həsənov söyləyib.

 

Qeyd edək ki, “Muğanbank”a ayrılmış 5 mln. ABŞ dolları məbləğində kredit GGF-in Azərbaycanda ikinci investisiyasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR