“NBC Bank” öhdəliklərini 39% artırıb

“NBC Bank” öhdəliklərini 39% artırıb
# 10 yanvar 2018 09:55 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 204,125 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,4% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,8% artaraq 154,396 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 9,42% artaraq 73,969 mln. manata çatıb. Ötən ilin sonuna bankın öhdəliklərinin həcmi 39% artaraq 147,285 mln. manata yüksəlib.

Bir il ərzində bankın məcmu kapitalı 7,2% artaraq 55,795 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. manat təşkil edib.

Ötən ili “NBC Bank” 2 mln. 914,2 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR