Bank Of Baku

“NBC Bank”ın öhdəlikləri 23% artıb

“NBC Bank”ın öhdəlikləri 23% artıb
# 11 oktyabr 2017 11:00 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2017-ci ilin III rübündə 171,815 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,5% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,7% artaraq 127,934 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 20% azalaraq 71,331 mln. manat təşkil edib. Öhdəlikləri isə 23% artaraq 115,891 mln. manata yüksəlib.

 

Bankın gəlirləri 13,008 mln. manat, xərcləri isə 9061 mln. manata bərabər olub.

 

Cari ilin 9 ayını “NBC Bank” 2 mln. 485 min manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR