Bank Of Baku

“Nobel Oil” şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

“Nobel Oil” şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb
# 16 oktyabr 2017 10:14 (UTC +04:00)

Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Şəffaf Vergi Partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni yanaşmadır.

 

Şirkətdən bildirilib ki, “Şəffaf Vergi Partnyoru” statusuna layiq olmaq üçün şirkət bir sıra meyarlara cavab verməlidir. Qeyd edək ki, vergi ödəyicisi, ilk növbədə, vergiləri tam həcmdə və vaxtında ödəməli, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və milli uçot standartlarına uyğun, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmayan ödəyici olmalıdır.

 

“Nobel Oil ölkənin neft-qaz sektorunda aparıcı şirkətlərdən olaraq dayanaqlı inkişaf istiqamətində davamlı səylər göstərir. Nobel Oil şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir”, - deyə məlumatda vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR