Bu gün “Paşa Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək.
Bankdan “APA-Economics"ə verilən məlumata görə, iclasda iclasın rəhbərinin seçilməsi və iclasda qəbul edilmiş qərarların imzalanması ilə bağlı rəhbərə səlahiyyət verilməsi, İdarə Heyətinin üzvlərinin sayının təsdiqi və İdarə Heyətinə üzvlərin seçilməsi məsələlərinə baxılacaq.