Bank Of Baku

“PAŞA Həyat” sığorta şirkəti 38 min manatlıq ödənişi həyata keçirib

“PAŞA Həyat” sığorta şirkəti 38 min manatlıq ödənişi həyata keçirib
# 13 avqust 2013 07:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli ödənişini həyata keçirib.

 

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istehsalatda baş vermiş sığorta hadisəsi nəticəsində “PAŞA Həyat” tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 38,210 min manata yaxın ödəniş edilib.

 

Qeyd edək ki, 2013-ci ildə “PAŞA Həyat”da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, bu ilin yanvar-iyul aylarında (sonuncu ödənişi də daxil olmaqla) sözügedən sığorta növü üzrə 417,2 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,4 dəfə çoxdur.

 

“PAŞA Həyat” sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR