Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Həyat Sığorta” ASC kredit götürən şəxslərin həyat sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Həyat Sığorta”nın tərəfdaşlıq etdiyi banklardan birində kredit götürən şəxsin – sığortalının ölümü nəticəsində müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq 10 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına köçürülüb.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində “PAŞA Həyat Sığorta” tərəfindən könüllü həyat sığortası növləri üzrə 211 min manata yaxın sığorta ödənişi verilib.