Bank Of Baku

“PASHA Holdinq”in Bank Qrupunun rəhbəri paralel olaraq “Kapital Bank”ın Müşahidə Şurasına sədr təyin olunub

“PASHA Holdinq”in Bank Qrupunun rəhbəri paralel olaraq “Kapital Bank”ın Müşahidə Şurasına sədr təyin olunub
# 27 may 2015 14:31 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

 

Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilib, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.

 

Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilib.

 

Qeyd edək ki, bundan öncə “Kapital Bank”ın Müşahidə Şurasının sədri Mir Cəmal Paşayev olub.

 

Xatırladaq ki, bu gün “APA-Economics” C. Qasımovun “PAŞA Holdinq”in Bank Qrupunun rəhbəri təyin olunduğu ilə bağlı xəbər verib.

 

Bundan öncə C. Qasımov “Unibank”ın icraçı direktoru vəzifəsini tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR