Bank Of Baku

"Prokter & Gembl Azərbaycan Servisləri" 2,2 mln. manat cərimələnib - VİDEO

"Prokter & Gembl Azərbaycan Servisləri" 2,2 mln. manat cərimələnib - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 09:03 (UTC +04:00)

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

 

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" şirkəti 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR