Bu ilin iyunun 22-də “Qala Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, iclasda Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi məsələsinə baxılacaq.
Yığıncaqda 2017-ci ilin sığorta şirkətinin xalis mənfəətinin bölüşdürülməsi məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, Cəmiyyətin Direktorlar Şurası tərəfindən martın 3-də “Qala Həyat”ın səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə qərar qəbul edilib.